Əsas məzmuna keç

Qəzəl

Çün bəyan oldu rümuzi-əlləməl-əsma bizə

İmadəddin Nəsimi

1

Çün bəyan oldu rümuzi-əlləməl-əsma bizə, Rövşən oldu nükteyi-sirri-şəbi-əsra bizə.

Zərreyi-mehriz, əgərçi mətləi-nur olmuşuz, Qətreyi-bəhriz və lakin mövc urar dərya bizə.

Zahida, biz çəkməziz imruzü fərda qüssəsin, İbni-vəqtiz, lacərəm imruz olur fərda bizə.

Ümmuhatın zübdəsiyiz, həqqə məzhər düşmüşüz, Şoylə zatız kim, bulunmaz bir dəxi həmta bizə.

Bilmişiz dünyayi-faninin nədir keyfiyyəti, Rövşən olubdur xifayi-aləmi-üqba bizə.

Yar eşiyindən bizi, zahid, çağırma cənnətə, Cənnətül-mə’va sizə, bu surəti-ziba bizə.

Çar ənasirdir bizi surətdə qıldıran qərar, Yoxsa mə’nidə məqami-qürbi-həqdir ca bizə.

Mən ki, mə’ni gülşənində söylərəm bülbül kimi, Həsrət eylər nitq ilə tutiyi-şəkkərxa bizə.

Cənnəti-didar imiş məqsudi-əhli mə’rifət, Bir nəfəs ansız gərəkməz cənnətul-mə’va bizə.

Ey Nəsimi, qafil olma şol humayun kölgədən Kim, qılır hərdəm təcəlli Qafdan ənqa bizə.

______________________Milli Kitabxana_______________________

Lüğət: Rümuz – Rəmzlər S; Əsma – Adlar; Rövşən – Işıqlı; Nur – İşıq; Bəhr – Dəniz; Mövc – Dalğa; İmruz – Bu gün; Fərda – Sabah; Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə; Üqba – O dünya; Ziba – Gözəl; Didar – Görüş; Şol – O; Təcəlli – Əzəmətli zühur etmə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.