Əsas məzmuna keç

Qəzəl

Çü məndən oldu o məhbubi-dilrüba qafil

Seyid Əzim Şirvani

1

Çü məndən oldu o məhbubi-dilrüba qafil, Yəqinim oldu olur bəndədən xuda qafil.

Olurmu qabili-təmir bir vilayət kim, Ola rəiyyəti halında padişa qafil.

Adın fədası olum, hiç gör rəvadırmı Ki, ümmətindən ola xətmi-Ənbiya qafil.

Sənin təki büti-birəhmə olmaz idim əsir, Kəməndi-zülfüvə saldı məni qəza qafil.

Təğafül adəti-xubandır, incimə, Seyyid, Qəmindən olsa əgər yari-bivəfa qafil.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.