Çöhreyi-zərdimdə gör həmdəm sirişki-alimi
Çöhreyi-zərdimdə gör həmdəm sirişki-alimi, Ol güli-rə’nayə bu rəng ilə bildir halimi.
Ta ki, sərvim basə gahi başim üzrə bir qədəm, Ey müsəvvir, rəhgüzari üzrə çək timsalimi.
Ey fələk, yoxdur libasi-fəqrdən arım mənim, Ətləsindən bilmişəm üstün mühəqqər şalimi.
Ey xoş ol kim, eşq hərfin bir dəxi təkrar edəm, Həşr divanında görgəc nameyi-ə’malimi.
Hiç kim yoxdur ki, naləmdən şikayət eyləməz, Şükr kim, ərz eyləyən çoxdur sənə əhvalimi.
Niyyətim oldur ki, rüxsarın görüb canım verəm, Müshəfi-rüxsar açıb, qılğıl mübarək falimi.
Sübhü şam ol qibleyi-əbru müqabildir mənə, Ey Füzuli, Tanrı gözdən saxlasın iqbalimi.
Lüğət: Sirişk – göz yaşı; Mühəqqər – təhqir olunmuş, kiçik; Müshəf – Quran