Əsas məzmuna keç

Qəzəl

Çıxsa can qaytarar ətrin, gözəlim, can bədənə

Məhəmməd Füzuli

1

Çıxsa can qaytarar ətrin, gözəlim, can bədənə, Ölünü zövqi-kəlamın gətirər nitqə yenə.

Dodağın zikrinə hər qönçə uyub həsrət ilə, Ağzının axdı suyu, şeh kimi düşdü çəmənə.

Aç o çin-çin saçını, ta ki, xəta etdiyini Anlasın mişk üçün hər kəs gedəcəkdir Xötənə.

Kuhikən sel kimi göz yaşı töküb şamü səhər, Bisütundan yetişir süd kimi Şirin dəhənə.

Var səbəb getsə çəməndən uzağa ətri gülün, Yol azan bülbülü ta kim, çəkə bilsin çəmənə.

Sərvi, gəl tutma bərabər gözəlin qamətinə, Sərv sahib ola bilməz belə sibü zəğənə.

Kim ölərsə ucaboy, gülyanağın eşqilə, Ey Füzuli, dönəcək torpağı sərvü səmənə.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.