Çıxmaz, ey dilbər, sənin xeyli-xəyalın yaddən
Çıxmaz, ey dilbər, sənin xeyli-xəyalın yaddən, Könlümün şəhrini yıxdı eşqiniz bünyaddən.
Ta ki, düşdüm, ey pəri peykər, fəraqın dərdinə, Dutdu avazım cahanı ah ilə fəryaddən.
Anca kim, dünya yüzündə xəstə canım təndədir, Çıxmaya dərdi-fəraqin bu xərababaddən.
Ta ki, çeşmim qarşusundan ayru düşdün, ey sənəm, Çıxmaya hərgiz xəyalın xatiri-naşaddən.
Bu Xətayi sözünə dəq dutma, ey nakəs həsud, Ta əzəl tə’lim alıbdır bu həkim üstaddən.
Lüğət: Bünyad – özül, kök; Çeşmi – giryan – ağlar göz; Hərgiz – heç vaxt