Çıxmaz dili-zarımdan o rüxsar xəyalı
Çıxmaz dili-zarımdan o rüxsar xəyalı, Bülbüldə əcəbmi ola gülzar xəyalı?
İstər könül ol arizi-gülgunu ərəqnak, Gül görsə, gülabə olur əttar xəyalı.
Şövqi-dəhənü fikri-rüxündə sənin, ey gül, Mən eyləmərəm hiç yoxü var xəyalı.
Peyvəstə namaz üstə düşür yadıma zülfün, Üz Kəbədədir, qəlbdə zünnar xəyalı.
Hər kimsənə bir şey gətirir fikrü xəyalə, Məcmudən əfzəldi mənə yar xəyalı.
Cənnət nə gərəkdir mənə gər olmasa röyət, Xoşhal qılıbdır məni didar xəyalı.
Bu xəstə könül ərşi-xudavəndi-əhəddir, Gəlməz dili-məhzunuma əğyar xəyalı.
İstər tuta dil türreyi-pürpiçini, ey mah, Əfsungərə adətdir olur mar xəyalı.
Seyyid verər öz canını rəşkü həsədindən, Gəlsə dili-pürxununa dildar xəyalı.