Çıxmayınca ta bədəndən eşq dərdilə bu can
Çıxmayınca ta bədəndən eşq dərdilə bu can, Tərk qılmaz ruhumu sevdasının dərdi, inan!
Göz yaşım canda ciyər qaniylə tapmış pərvəriş, Böylə bir ləli çıxarmaz, bir ki, hər mədən və kan.
Qəddinin sərvi təravət aldı cənnətdən, yəqin, Bir belə sərvi yetirməz hər çəmən, hər bağban.
Əldə xəncər bağə gəlsən, gül xəcalətdən solar, Susən isə ar edib, öz hüsnünü verməz nişan.
Bir təbəssümlə deyirdin canın allam, sevgilim, Qəmdən öldüm, indi gəl al canımı, ey cansitan.
Suzi-dil şəhr etməyə bir ləhzə ağzım açmadım, Heyrətəm, heç tüstü çıxmaz, leyk yandı xaniman.
Gər Füzuli eşqi-yarı tərk qılsa, haqqı var, Neyləsin, düşmənləri bir dəm ona verməz aman.