Əsas məzmuna keç

Qəzəl

Çıxmadı eşqin sənin bir ləhzə canımdan mənim

Şah İsmayıl Xətai

1

Çıxmadı eşqin sənin bir ləhzə canımdan mənim, Mehri-yüzin yegdürür ruhi-rəvanımdan mənim.

Gül yüzini yad edəndə, ey pərirüx, ğönçə ləb, Od çıxar susən təki hər dəm zəbanımdan mənim.

Əksi-sayəndir vücudim, ey boyu sərvi-rəvan, Getməsün sayən sənin bir ləhzə yanımdan mənim.

Pərtövi-xurşidi-ruyini görəndə zərrə tək, Bulmaya heç kimsənə namü nişanımdan mənim.

Firqəti qəsd etmədin miskin Xətayi xəstəyə Bir xəbər ver, ey səba, ol gülüstanımdan mənim.

Lüğət: Mehr – günəş; Ləb – dodaq; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Sayə – kölgə; Xurşid – günəş; Firqət – ayrılıq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.