Əsas məzmuna keç

Qəzəl

Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim

Seyid Əzim Şirvani

1

Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim. Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim.

Həsrəti-silsileyi-zülfi-pərişanın ilə Piçü xəmlər çəkib, ey şux, pərişan gəldim.

Sanma kim, əbri-siyəhdən tökülürdü baran, Mən idim, ey güli-rəna, gözü giryan gəldim.

Nə üçün verməmişəm vəsl günü canı sənə, Gərçi gəldim, bu xəyal ilə pəşiman gəldim.

Yoxdu bir kimsə ki, qəmdə edə halımı sual, Məni-bidil ki, belə bisərü saman gəldim.

Muri-avarə idim, daməni-səhranı gəzib, Bildim Aqabəgi aləmdə Süleyman, gəldim.

Şükr, Seyyid, gedirəm kami-dil ilə bu səfər, Gərçi bu dərgəhə hər sal firavan gəldim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.