Əsas məzmuna keç

Qəzəl

Çirağ göydüricək atəşi-nihanimdən

Məhəmməd Füzuli

1

Çirağ göydüricək atəşi-nihanimdən, Fitiləsin qılıram məğızi-üstüxanimdən.

Açıldı girməgə qəm, can evinə rövzənlər, Çəkəndə oxlarını cismi-natəvanimdən.

Oxun təsərrüf edib cismi, qəsdi-can etdi, Noleydi rəhm qılıb keçməsəydi canimdən.

Bir ignə etdi məni zə’f, riştəm ol qandır Ki, müttəsil tökülür çeşmi-xunfəşanimdən.

Ədayi-şükri-xədəngindir ol səda ki, çıxar, Zaman-zaman tökülən qətrə-qətrə qanimdən.

Oxun müsahibətilə keçər xoş ovqatım, Həlak olurdum əgər təprənəyədi yanimdən.

Qəmi-nihanımı eylər, Füzuli, ellərə faş, Ikən əzabdəyəm naləvü fəğanimdən.

Lüğət: Məğız – ilik; iç, beyin; Rövzən – pəncərə, baca; Müttəsil – bir-birinin ardınca, daima

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.