Əsas məzmuna keç

Qəzəl

Çin düşübdür çin saçın ol yüz tümən çin üstünə

Şah İsmayıl Xətai

1

Çin düşübdür çin saçın ol yüz tümən çin üstünə, Ənbərin çin-çin düzəltmiş müşki-pürçin üstünə.

Bir xuraman sərv qamət girdi nəsrin dərməgə, Avc ilən doldur bənövşə, saç bu gülçin üstünə.

Gər dilərsən Leyli tək yüzün görən Məcnun ola, Ay tək qaldır niqabın gün təki Çin üstünə.

Bir pəri peykərni gördüm, can fəda qıldım ona, Eylə nazikdir ki, qılmış Çinü Maçin üstünə.

Bu Xətayi könlüni yəğmayə verdi çin içün, Çin çərisi basdı Rumi, gəldi Maçin üstünə.

Lüğət: Çin – düz, doğru, qıvrım; Gird – çevrə, dolanma; Leyli – yelda – qışın ən uzun gecəsi; Niqab – üz örtüyü

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.