Əsas məzmuna keç

Qəzəl

Çeşmində qəzəb yoxsa dili-zarım üçündür

Seyid Əzim Şirvani

1

Çeşmində qəzəb yoxsa dili-zarım üçündür? Qəhri o təbibin dili-bimarım üçündür?

Şadəm ki, salır qeyr məni yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür.

Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar, Tərki-vətən etdimsə əgər, yarım üçündür.

Hər gecə fəğanım yetişir gögdə hilalə, Bu nalələr ol əxtəri-səyyarım üçündür.

Sən də gedibən ağla öz əhvaluva, Seyyid, Fəryadü fəğanım mənim öz yarım üçündür.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.