Əsas məzmuna keç

Qəzəl

Çeşmin atanda ğəmzə məgər can dilər yenə?

Şah İsmayıl Xətai

1

Çeşmin atanda ğəmzə məgər can dilər yenə? Cəlladi gör ki, tökmək içün qan dilər yenə.

İstər rəqib vəsli-dəhanın xəyalini, Ol divi gör ki, mülki-Süleyman dilər yenə.

İstər könül ki, nuş edə lə’lin zülalini, Ol Xızrı gör ki, çeşmeyi-heyvan dilər yenə.

Zülfün yüzün kənarını dutmuşdurur, vəli Kafər çərisi ğarəti-iman dilər yenə.

Miskin Xətayi qapuna gəldi, inayət et, Vəslin gədası vayeyi-ehsan dilər yenə.

Lüğət: Çeşmi – giryan – ağlar göz; Vəsl – qovuşmaq; Dəhan – ağız; Zülal – saf su, sağlam, təmiz; Çeşmeyi – heyvan – dirilik bulağı; Vəli – ancaq, lakin

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.