Əsas məzmuna keç

Qəzəl

Çeşmimi əşk ilə gənci-düri-məknun etdin

Məhəmməd Füzuli

1

Çeşmimi əşk ilə gənci-düri-məknun etdin, Mərdümi-çeşmimi ehsan ilə Qarun etdin.

Meyi-gülguni, dedin, əqlə ziyandır, zahid, Bumudur əql ki, tərki-meyi-gülgun etdin?

Canım aldın mey üçün, saqi, içirdin mənə qan, Dad əlindən ki, məni al ilə məğıbun etdin.

Xəttinin afəti-can olduğunu bildirdin, Lütf qıldın ki, məni vaqifi-məzmun etdin.

Dil tutar, mari-səri-zülfünü, vəhm eyləməyib, Bilməzəm kim, ona tə’lim nə əfsun etdin.

Biləməz oldu məni tə’nə edən əhli-riya, Şükr kim, halimi, ey eşq, digərgun etdin.

Ey Füzuli, nə murad oldu müyəssər bilmən, Bunca kim, həsrəti-lə’lilə cigər xun etdin?

Lüğət: Əşk – göz yaşı; Məknun – gizlənmiş; Mərdüm – göz giləsi; xalq, camaat; Gülgun – gül rəngli, gül üzlü; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.