Çeşmimə gəldi, şəha, nəqşi-xəyalın bu gecə
Çeşmimə gəldi, şəha, nəqşi-xəyalın bu gecə, Qıldı aşüftə məni zülf ilə xalın bu gecə. ____________ 1 Burada dil sözü yerinə əsir sözü yazılsa vəzn düzələr və məna daha aydın olar. Dil yerinə burada könül sözünü yazmaq da olar.
Duşdə gördüm məni-sevdazədə çin-çin yapuşur Boynuma silsileyi-zülfi-çü dalın bu gecə.
Rişteyi-canimi şövq oduna pərvanə kimi Yaxdı ta vəqti-səhər şəm’i-cəmalın bu gecə.
Qıldı sevda ilə peyvəstə zəif, ey məhi-növ, Tənimi şol xəmi-əbruyi-hilalın bu gecə.
Gözlərim yaşini hər suyə çü su qıldı rəvan İşvəvü naz ilə ol sərvi-nihalın bu gecə.
Munca kim, ahü fəğan eylədi, bir gün, sənəma, Sormadın: – Xəstə Xətayi, necə halın bu gecə?
Lüğət: Nəqşi – üzar – üzün nəqşi; Dil – ürək; Çin – düz, doğru, qıvrım; Peyvəstə – daimi, bitişik; Şol – o; Hilal – aypara; Rəvan – həyat, diri, axan, gedən, ruh, can