Çeşmi-surətbazimə müjgan səfi həngamədir
Çeşmi-surətbazimə müjgan səfi həngamədir, Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir.
Göstərər hər dəm əlamətlər qiyamətdən qədin, Qaim etmiş həşr bürhanın, əcəb əllamədir.
Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm, Hər sözüm dərdi-dil imlasinə bir sərnamədir.
Üzdə nəqşi-xuni-dil razi-nihanım faş edər, Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir.
Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə, Küfrə olan zülmlər tə’ni bu gün islamədir.
Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr, Çareyi-dərdi-dilim mövquf bir e’lamədir.
Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa, Nola gər meylim bu rəng ilə meyi-gülfamədir.
Lüğət: Bürhan – dəlil, sənəd; Əllamə – dərin bilikli, bilici, çox bilən; Xuni – qanlı, qatil; Xamə – qələm