Əsas məzmuna keç

Qəzəl

Çərx kin tiği çəkib, sinəmizi çakə salar

Məhəmməd Füzuli

1

Çərx kin tiği çəkib, sinəmizi çakə salar, Yarəsindən könül öz atəşin əflakə salar.

Götürər xaki-rəhin başə, şərafət deyə xalq, Sevgilim, sərv qədin sayəsin hər xakə salar.

Qəlbini pak elə hər hiylədən, adətdir bu, Eşq öz nurunu ancaq ürəyi pakə salar.

Şövqi-ləli-ləbini qəlbdə pünhan elədim, Atəşi gizlədən aşiq onu xaşakə salar.

Zəfimə etmə əcəb, varlığım aləmdə mənim Ixtilaf əhli-dilü sahibi-idrakə salar.

Ağlamaqdan mənə naseh verə bilməz təskin, Məgər o xaki-rəhin dideyi-nəmnakə salar.

Şişeyi-qəlbi Füzuli necə bəs hifz eləsin, Bunca daşlar ki, o bədgu dili-bibakə salar.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.