Əsas məzmuna keç

Qəzəl

Çərx hər ay başına salmış qaşından bir xəyal

Məhəmməd Füzuli

1

Çərx hər ay başına salmış qaşından bir xəyal, Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.

Mahi-növ olmuş qaşın sevdasının sərgəştəsi, Şəhrdən şəhrə gəzər avarələr tək mahü sal.

Etdigiçün hüsnünə qarşu kəmal izharı gün Bir gün olmaz kim, ona gərdun yetirməz bir zəval.

Sübh qıldın cilvə, gün çəkdi özün bu guşəyə, Şam ərz etdin, rüxün şəm’i əritdi infial.

Qılma gözdən çöhrəvü xalın nihan kim, qılmaya Dudi-ahim afitabi çöhreyi-gərdunə xal.

Olmuyub məqbuli-xaki-dərgəhin mahi-təmam, Zə’fi-tale’ verdi gün-gündən ona təğyiri-hal.

Ey Füzuli, mah nisbət məhv qıl varın təmam, Gər dilərsən bulmaq ol xurşid birlə ittisal.

Lüğət: Sərgəştə – avara, heyran; Gərd – toz; İnfial – mütəəssir, xəcalətli olmaq, utanmaq; Təğyir – döndərmək, dəyişmək; İttisal – bitişmək, yapışmaq, qovuşmaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.