Əsas məzmuna keç

Qəzəl

Çəməndə güllərimiz var, baharımız yoxdur

Məhəmmədəli Şəfai

4

Çəməndə güllərimiz var, baharımız yoxdur, Nə yarımız, nə də bir gülüzarımız yoxdur.

Nəvalı bülbüli-xoş nəğmələr bizik lakin, Səfa verən bizə bir laləzarımız yoxdur.

Həmişə ar edərik eybnak olmaqdan, Var eybimiz budur ancaq ki, varımız yoxdur.

Könül, gəl incimə yoxsulluğun cəfasından, Döz ol cəfayə, demə ki, naharımız yoxdur.

Nə varlılıq, nə də yoxsulluq olmayıb daim, Belə fələk, belə bir ruzigarımız yoxdur.

Əyilmə hər yetənə nisyə minnətin çəkmə, Varınsa nəqd buyur, yoxsa arımız yoxdur.

Şəfai, biz bu yerin bir qəribiyik çünki, Yanında xalqımızın etibarımız yoxdur.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.