Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin
Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin, Zalım, nə oldu eylədi təxir, gözlərin?
Məst idi, aldı xameyi-müjganı dəstinə, Fitvayi-qətlim eylədi təhrir, gözlərin.
Seydi-hərəm həramdır, ey qibleyi-Səfa, Ahu şikarın etdi genə şir gözlərin.
Qaşınla qətlim etməgə peyvəst oldular Əgrilər ilə eylədi tədbir, gözlərin.
Zalım, diyari-eşqə Hülakuyi-tazasən, Olmaz bu qanlar içmək ilə sir gözlərin.
Geysulər içrə etdi kəmin türki-məsttək, Şəbxunlar etdi könlümə şəbgir gözlərin.
Etdin kəməndi-zülfüvü pürtab, ey pəri, Seyyidtək eylədi məni nəxcir gözlərin.