Əsas məzmuna keç

Qəzəl

Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni

Seyid Əzim Şirvani

1

Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni, Yoxdur ol mah, aparma bu tamaşayə məni.

Oldum aşüftə pərilər səri-geysusundan, Nə deyim Adəmə kim, gətdi bu dünyayə məni.

Əksi-rüxsarüvi dil camdə görcək, ey gül, Saldı yüz rəng ilə bir özgə təmənnayə məni.

Olmasaydı o xətin, Qaziyi-Beyzavi gəlib, Sakit etməzdi əgər şərh edə mənayə, məni.

Sayeyi-sərvi-qədin ta ki gedibdir sərdən, İncidir gülşən ara güldən olan sayə məni.

Kakilin şövqü ilə qarayə batdım elə kim, Oxşadır əhli-nəzər Kəbeyi-ülyayə məni.

Ülfətimdən bu qədər etməz idi ar ol gül, Oxşadıbdır, bilirəm, Seyyidi-rüsvayə məni.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.