Əsas məzmuna keç

Qəzəl

Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz

Seyid Əzim Şirvani

1

Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz, Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.

Nola keçməz yüzündən ol nigari-azərinin dil. Birəhmən bütdən əl çəkməz, səməndər nardən keçməz.

Şitab ilə keçər çox xatiri-əğyar üçün məndən, Vəli bir məndən ötrü xatiri-əğyardən keçməz.

Keçər piri-müğan hər bir günahı, kani-rəhmətdir, Vəlakin cami-mey tərkin qılan, huşyardən keçməz.

Şərabi-«əlbəlaü lilvila» ən məst olan aşiq Keçər Mənsurtək candan, bəlayi-dardən keçməz.

Gözün gər içsə qanım nazuvi çəkmək münasibdir, Pərəstarı olan kəs xatiri-bimardən keçməz.

O tari-zülfə, Seyyid, qılmaz iyman, məhz kafərdir, Çəkər təsbihdən əl, rişteyi-zünnardən keçməz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.