Əsas məzmuna keç

Qəzəl

Cəmalın gülşəniçün mürği-zarəm

Şah İsmayıl Xətai

1

Cəmalın gülşəniçün mürği-zarəm, Nədən kim, həsrəti-ol mərğizarəm.

Bu mə’nidən həlak olman ğəmindən, Vüsalından sənin ümmidvarəm.

Cəmalın vərdini gülşəndə gördüm, Fəraqından saçın tək biqərarəm.

Yüzüni görməgə can vermədim çün, Bu işimdən beğayət şərmsarəm.

Xətayi ömri xətm oldu, hənuz, ah, Cəmalın görmək içün intizarəm.

Lüğət: Mürği – hərim – məhrəm quşu; Vərd – gül, ağac çiçəyi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.