Əsas məzmuna keç

Qəzəl

Cəmalın görəli can buldum, ey can

Şah İsmayıl Xətai

1

Cəmalın görəli can buldum, ey can, Yüzini nuri-iman buldum, ey can.

Yüzün dərdində gərçi xəstə idim, Vüsalın dərdə dərman buldum, ey can.

Sənin mehri-cəmalın, şükr lillah, Könül təxtində sultan buldum, ey can.

Behəmdillah ki, hicran zülmətində Ləbini abi-heyvan buldum, ey can.

Xətayiyəm, ayağın toprağında Bu gün mülki-Süleyman buldum, ey can.

Lüğət: Nuri – rəhman – ilahi nur; Mehr – günəş; Abi – həyat – dirilik suyu

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.