Cəmalın bir günəş tək parladı, nəm qoymadı canda
Cəmalın bir günəş tək parladı, nəm qoymadı canda, Daha yaş tökməyə yoxdur təvan bu çeşmi-giryanda.
Silindi səndə özgə hər nə varsa qəlb lövhimdən, Əridi ah oxumda vurduğun üç pərli peykan da.
Bizə ram oldu, bizdən od kimi qorxub qaçan ol şam, Yəqin, pak eşqimizdən bir əsər var ahi-suzanda.
O bütdən kam alan bir daş ürəkli aşiq olsaydı, Yəqin qoymazdı qalsın kamımız o nazlı cananda.
Daha eşqin bəlalı cismimizdə qoymamışdır tab, Xəzan yarpağına oxşar ki, solmuşdur gülüstanda.
Bu sədparə könül görsün deyə ol mahi-rüxsarın, Açar ulduz kimi yüz pəncərə sinəmdə hər anda.
Füzuli, daş ürəkli yarə etməz göz yaşın təsir, Nə səndə göz yaşı qalmış, nə rəhm ol mahi-tabanda.