Əsas məzmuna keç

Qəzəl

Cəm’ könlün dövr cövründən pərişan olmasın

Məhəmməd Füzuli

1

Cəm’ könlün dövr cövründən pərişan olmasın, Çərx fərmanınla gəzməkdən peşiman olmasın.

Yer işi, gög cünbüşi-rə’yinlə bir dəm olmasa, Yeddi iqlimü doquz gərduni-gərdan olmasın.

Bir binadır dövlətin, olmuş pənahi-xasü am, Ol bina, yarəb, cahan olduqca viran olmasın.

Qılmasa aləm muradınca mədar, olsun xərab, Olmasa dövran sənin rə’yinlə, dövran olmasın.

Cizginirkən dustlər kamınca fərmanində çərx, Hakimi-təqdirdən təğyiri-fərman olmasın.

Tabe’ olsun cümleyi-aləm sənin fərmanına, Cümleyi-aləmdə səndən qeyri sultan olmasın.

Ləhzə-ləhzə gülşəni-məhdində guya olmasa, Bülbüli-nitqi Füzulinin xoşəlhan olmasın.

Lüğət: Cünbüş – tərpənmə, qımıldanma, hərəkət; Gərd – toz; Təqdir – əvvəlcədən qərara alınmış; Təğyir – döndərmək, dəyişmək

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.