Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin
Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin, Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.
Bağə girdin ol üzari-aldən açdın niqab, Qönçənin bağrın həsəddən dəmbədəm qan eylədin.
Ərzi-rüxsar eylədin gülşəndə, ey gül bülbülə, Bülbülü gülzari-eşqində pəşiman eylədin.
Boynuma saldın o müşkin zülfüvün zünnarını, Ey büti-tərsa, məni eşqində Sənan eylədin.
Oldu hər bir zərrədən eşqin təcəllası əyan, Aləmi Musatək, ey xurşid, heyran eylədin.
Kənzi-məxfidən əyan oldu düri-şəhvarlər, Qətrəni, ey bəhri-ehsan, dürri-qəltan eylədin.
Gah işvə, gah qəmzə, gah xişmü, gah naz, Seyyidə hər gündə bir növ ilə ehsan eylədin.