Əsas məzmuna keç

Qəzəl

Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaiz

Məhəmməd Füzuli

1

Cəhənnəmdən verir aşiqlərə hər gün xəbər vaiz, Cahanda görməmişdir başqa yer mütləq məgər vaiz?

Bu qəmdən çak edir məsciddə mehrab öz giribanın Ki, hörmətdən salıbdır minbəri ol hiyləgər vaiz.

Qələt təfsir edib, daim verir təğyir Quranə, Bunu sanmış hünər, yüksəlmək istər bihünər vaiz.

Deyir zirü zəbər keyfiyyətindən bunca Quranın, Dəmadəm din binasın eyləyir zirü zəbər vaiz.

Məni səkkiz qapı baği-behiştə kuyi-dilbərdən, Nə dəvət eyləyir, ya Rəb ki, düşsün dərbədər vaiz.

Cəlali-rütbəsindən xəlq içində bunca düşməzdi, Əgər olsaydı tərgi-mey sözündə mötəbər vaiz.

Füzuli, bir də meyl etməm olam vaizlə həmsöhbət Ki, mən’ etmiş gözəllərdən dil əhlin bixəbər vaiz.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.