Cəhd ilə bağladım axırda qara zülfünə dil
Cəhd ilə bağladım axırda qara zülfünə dil, Şükrülillah, onun itmək qəmi oldu batil.
Istərəm varlığım, ey gül, qəminə sərf oluna, Olaraq məqsədə ancaq bu yol ilə nail.
Çəkmərəm minnətini saqiyi-dövranın əbəs Ki, məni məst eləmiş cami-məhəbbət kamil.
Çəkən olsa, qəmimi, halımı səndən sorsun, Mən unutdum özümü ta sənə oldum vasil.
Sənə tapşırdığım ol qəlb deyil, ey daşürək, Şişə idi, daşa çaldım onu, etdim zail.
Ya vurub başıma, ya tutmalıyam damənini, Əllərim başqa bir iş görməyə olmaz qabil.
Mənəm ol şəm, Füzuli, edərək vəslə ümid, Bu tələblə yaşaram mətləb olunca hasil.