Əsas məzmuna keç

Qəzəl

Cəhan içrə hər fitnə kim, olsa hadis

Məhəmməd Füzuli

1

Cəhan içrə hər fitnə kim, olsa hadis, Ona sərvi-qəddindir, əlbəttə, bais.

Mədarisdə təhqiqi-muyi-miyanın, Dəqayiqdən ortayə salmış məbahis.

Müvəhhidlərə qılma inkar, zahid, Meyi-vəhdəti sanma ümmül-xəbais1.

Iki didəsiz aləmə Yusifü sən, Sizə yox cəhan içrə imkani-salis.

Mənə cəm olur qanda kim, var bir qəm, Mənəm mülki-qəm içrə Məcnunə varis.

Töküb əşk kuyində, vəslin dilər dil, Saçar nəf’ üçün danə toprağə haris2.

Üzarü ləbin vəsfin eylər Füzuli, Ona həm müfəssir derəm, həm mühəddis.

Lüğət: Mədaris – mədrəsələr, dərs verilən yerlər; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Ümmül – xəbais – xəbislərin anası; şəraba verilən addır; Didə – göz; Salis – üçüncü; Əşk – göz yaşı; Haris – əkinçi, rəncbər; Üzar – yanaq. V; Mühəddis – hədisçi, hədis rəvayət edən

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.