Əsas məzmuna keç

Qəzəl

Cə’di-zülfün ənbərəşfan eyləmiş

İmadəddin Nəsimi

1

Cə’di-zülfün ənbərəşfan eyləmiş, Nafeyi-Çini pərişan eyləmiş.

Canü dil hər dəm necə top olmasın, Çün nigarım zülfü çövkan eyləmiş.

Zülfü dağıtmış rüx üzrə ol sənəm, Kafiri-Çin qəsdi-iman eyləmiş.

Aşiqin qanına bandırmış əlin, Gör bu çox dəstan nə dəstan eyləmiş?

Gözləri, qaşı ənəlhəq çağırır, Gör bu sirri kimdə pünhan eyləmiş.

Hüsn içində görməmiş mislin fələk, Bunca dövranı ki, dövran eyləmiş.

Eydi-əkbərdir Nəsimiyə bu gün, Canını şol maha qurban eyləmiş.

Lüğət: Dil – Ürək; Rüx – Üz; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.