Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba
Canü dilmi qoymuşam yolunda mən, ey dilrüba, Taki uyxuda görərmən sən təki bir məhluqa.
Taki eşqinin bəlası canıma kar eylədi, Ey təbibim, bilməzəm kim, varmı bu dərdə dəva?
Daneyi xalinə ta kim, mürği-can qıldı təmə’, Dami-zülfin həlqəsinə oldu canım mübtəla.
Ey mürüvvət mə’dəni, məndən kərəm qılma diriğ, Qənbərinəm mən sənin, şahim, beeşqi-Mürtəza.
Özgə aşiqlər əgərçi dil verər dildarinə, Bu Xətayi xəstə gör, yolunda qıldı can fəda.
Lüğət: Dilrüba – gözəl, könülalan; Uyxu – yuxu; Məhluqa – ay üzlü; Kar – iş; Mürği – hərim – məhrəm quşu; Mürüvvət – mərdlik, insanlıq; Diriğ – heyf; Dil – ürək