Canın vücudu sənsiz laşey kimi ədəmdir
Canın vücudu sənsiz laşey kimi ədəmdir, Səndən cuda dirilmək, müştaqına ələmdir!
Ruhülqüdüs dəmindən Isəbni-Məryəm oldu, Ey bixəbər bu dəmdən, gəlgil ki, dəm bu dəmdir!
Saçın qaranqusundan üzün nuru göründü, Hər qanda şam olursa, ardınca sübh dəmdir.
Var, ey qılan əzimət Beytülhərama, bil kim, Mə’şuqənin camalı həm Kə’bə, həm hərəmdir.
Eşqin məni bəlasız bir dəm qomaz əlindən, Aşiq olana daim eşqin işi kərəmdir.
Yarın qəmini könlüm kövnü məkana verməz, Neçün ki, ol bilür kim, yarın qəmi nə qəmdir!
Zərqü riyadan oldu yoxsul əgər Nəsimi, Yarın məhəbbətindən gör kim, nə möhtəşəmdir!
Lüğət: Əzimət – Səfər F; Yarın – Səhər; Zərq – Hiylə, yaltaqlıq