Canımın cövhəri ol lə’li-gühərbarə fəda
Canımın cövhəri ol lə’li-gühərbarə fəda, Ömrümün hasili ol şiveyi-rəftarə fəda.
Dərd çəkmiş başım ol xali-siyəh qurbanı, Tab görmüş tənim ol türreyi-tərrarə fəda.
Gözlərimdən saçılan qətreyi-əşkim gühəri Ləblərindən tökülən lö’löi-şəhvarə fəda.
Çak sinəmdə olan qanlı cigər parələri Məst çeşmində olan qəmzeyi-xunxarə fəda.
Parə-parə dili-məcruhi-pərişanimdən Səri-kuyində olan hər itə bir parə fəda.
Canü dil qeydini çəkməkdən özüm qurtardım, Canı cananəyə etdim, dili dildarə fəada.
Ey Füzuli, nola gər saxlar isəm canı əziz, Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda.