Əsas məzmuna keç

Qəzəl

Canımın cismilə zövqi-ittisali qalmadı

Məhəmməd Füzuli

1

Canımın cismilə zövqi-ittisali qalmadı, Ah kim, sənsiz dirilmək ehtimali qalmadı.

Şükrallah, bəxt yar oldu, yetirdim tiğinə, Başımın bir qılca boynumda vəbali qalmadı.

Istədim ol mahə ərzi-hal edim, heyrət mənə Öylə qalib oldu kim, bir söz məcali qalmadı.

Bilməzəm xalin xəyalın qanda təsvir eyləyim, Dağıdən bir yer tənü canımda xali qalmadı.

Hər kimi gördünsə qəm üftadəsi, tutdun əlin, Vəh ki, məndən qeyri bir qəm payimali qalmadı.

Ey xoş ol sərməst kim, könlündə şövqü zövqdən Axirət əndişəsi, dünya xəyali qalmadı.

Afərin, ey cam, kim, sildin könül ayinəsin, Xatiri-pakimdə dünyanın məlali qalmadı.

Dürd nisbət, payimali-qeyddir hər kim ki, var, Bəzmi-dəhr içrə hərifi-laübali qalmadı.

Gör, Füzuli, eşq tüğyanın, ədəm mülkün gözət, Əzmi-künc et kim, həvanın e’tidali qalmadı.

Lüğət: İttisal – bitişmək, yapışmaq, qovuşmaq; Vəh – aydınlıq, aşkarlıq; Dürd – şərabın dibinə çökən torta, xılt; Bəzm – qonaqlıq, kef məclisi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.