Canımın, cana, vüsalın can içində canıdır
Canımın, cana, vüsalın can içində canıdır, Cana canü cana canü canü həm cananıdır.
Yarəb, ey sərvi-rəvan, hüsnün nə gülşəndir kim, ol Bülbüli-ruhül-əminin bağı həm bostanıdır.
Qamətin, yarəb, nə tubadır, nə cənnətdir üzün Kim, yəqin əhli-behiştin rövzeyi-rizvanıdır.
Bəxtili Xızr imiş, ol dövlətligün, fərxəndəfal Kim, dodağın səlsəbili çeşmeyi-heyvanıdır.
Gözlərin dövründə düşdü qülqülə aləmdə çün, Sürsün ol dövranı kim, dövran anın dövranıdır.
Bəhri-eşqində Nəsimi gör necə qəvvasdır, Gövhəri-yekdanə buldu, bəhri-bipayanıdır.
Lüğət: Bəhr – Dəniz