Canımı tapşırmışam çün ləli-şəkkərbarə mən
Canımı tapşırmışam çün ləli-şəkkərbarə mən, Zövq alınca canım, öldüm qibtədən biçarə mən.
Cismimi eşqin yaratdı, çəkdi qəm bazarına, Öz xoşumla gəlməz idim yoxsa bu bazarə mən.
Dərgəhindir mənzili aləmdə varlıq mülkünün, Vadiyi-heyrətdə yol axtarram ol dərbarə mən.
Saymışam ulduzları göydə, gözümdən torpağa Səpmişəm onlardan artıq sabitü səyyarə mən.
Lövhəsindən könlümün hər xətti sildim, qəlbimi Vəqf qıldım büsbütün bir sən kimi dildarə mən.
Saqiya, mey ver, yetər qəmdən pərişan olduğum, Bəsdir oldum seyd bunca çərxi kəcrəftarə mən.
Ey Füzuli, gözlərimdə qalmamış yaşdan əsər, Bəs ki, səpdim göz yaşım sinəmdəki odlarə mən.