Əsas məzmuna keç

Qəzəl

Canım tükəndi, həsrəti-cananəyəm yenə

Şah İsmayıl Xətai

2

Canım tükəndi, həsrəti-cananəyəm yenə, Şəm’i-rüxinə eşq ilə pərvanəyəm yenə.

Zahirdə gərçi dərdi-fəraq oldu həmdəmim, Batin yüzində yar ilə həmxanəyəm yenə.

Dünya yüzündə eşq ilə zarəm, ey sənəm, Bir söyləgil ki, üqbarə cananəyəm yenə.

Daim könül quşu ki, düşər dami-zülfinə, Başdan-ayağa yaralu çün şanəyəm yenə.

Ta kim, Xətayi ahu tək düşdü bəndinə, Səhradə dərdi-eşq ilə divanəyəm yenə.

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.