Əsas məzmuna keç

Qəzəl

Canı kim cananı üçün sevsə, cananın sevər

Məhəmməd Füzuli

1

Canı kim cananı üçün sevsə, cananın sevər, Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl, Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd, Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi, Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.

Su ki, sərgərdan gəzər, başında vardır bir həva, Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.

Aqibət rusva olub mey tək, düşər xəlq ağızına, Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib, Qayəti derlər, ola bir bəndə sultanın sevər.

Lüğət: Müttəsil – bir-birinin ardınca, daima

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.