Əsas məzmuna keç

Qəzəl

Cani-aləmsən, əya siminzənəx, əbrukaman

İmadəddin Nəsimi

1

Cani-aləmsən, əya siminzənəx, əbrukaman Kim, camalın müshəfindən könül oldu səb’əxan.

Nuri-çeşmi-əhli-dilsən, ya həyati-cavidan, Ya kəlami-natiq, ey şahi-cahani-laməkan.

Surətin cənnət, ləbin kövsər, sözün abi-həyat, Hər kim içdi ol şərabı, oldu həyyi-cavidan.

Surətin ayinəsində həqqi zahir görməyən, Cahili-bəlhüm-əzəldir ol ləini-bizəban.

Əhsəni-surətmisən ya, məzhəri-fəzli-ilah Kim, camali-hüsnünə pirü cavandır canfəşan.

Vasil olan ol həbibə buldu vəsli-daimun, Aşiqü mə’şuq birdür, gör kəmali-aşiqan.

Ta camalın müshəfin gördü Nəsimi, ey nigar, Xalü xəttün sirrini əz Fəzli-həq qıldı əyan.

Lüğət: Çeşm – Göz; Laməkan – Məkansız; Müshəf – Kitab

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.