Əsas məzmuna keç

Qəzəl

Canə basdım qönçəvəş peykanını, ey tazə gül

Məhəmməd Füzuli

1

Canə basdım qönçəvəş peykanını, ey tazə gül, Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.

Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od, Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül.

Yandırıb əczayi-tərkibim, külüm verəsən yelə, Yox yolundan dönməgim, varım sənindir cüzvi küll.

Mərdümi-çeşmim yığar navəklərin mümkün sanır Ol ağaclar birlə tutmaq əşk dəryasinə pül.

Ey könül, lövhi-əməl nəqşi-bəqadən sadədir, Fani etmə ömrün ol sevdadə kim, baqi degül.

Surətaray olma, təhsili-kəmali-mə’ni et Kim, bəhayim növ’ün etməz adəmi zərbəft çül.

Nola dersəm qədr ilə əfzun Məsihadən səni, Yerü göy mizan olub fərq olmuş ağrdan yünül.

Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim, Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül.

Hasilin əvvəl qəmi-canandı axir təki-can, Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül.

Lüğət: Peykan – ox; Vəh – aydınlıq, aşkarlıq; Mül – üzüm şərabı; Mərdüm – göz giləsi; xalq, camaat; Əşk – göz yaşı; Pül – körpü; Lövh – lövhə, səhifə. M; Baqi – əbədi, daimi, həmişəlik; artıq qalan; Zəxm – yara

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.