Əsas məzmuna keç

Qəzəl

Candurur cismimdə eşqin, canım əldən getməsün

Şah İsmayıl Xətai

1

Candurur cismimdə eşqin, canım əldən getməsün, Can gedərsə, ğəm degil, cananım əldən getməsün.

Zülfini rüxsarın üstə salma, cana tanriçün, Küfr imanım dutub, imanım əldən getməsün.

Xəttü xalın dutmuş ol lə’lin kənarında məqam, Eylə qıl kim, çeşmeyi-heyvanım əldən getməsün.

Ta ki, eşqin dutdi bu könlüm evində məskənin, Üns dutmuşam ana, mehmanım əldən getməsün.

Bu cəhanda getsə, getsin mülkü malü təxtü rəxt, Ey Xətayi, ğəm yemə, sübhanım əldən getməsün.

Lüğət: Küfr – inamsızlıq, kafirlik; Xətt – yanaq, yazı; Çeşmeyi – heyvan – dirilik bulağı; Rəxt – paltar; Sübhan – Allah

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.