Əsas məzmuna keç

Qəzəl

Candan çıxarmazam sənin, ey can, xəyalını

İmadəddin Nəsimi

1

Candan çıxarmazam sənin, ey can, xəyalını, Can təndə qalmaz anda ki, görsəm camalını.

Elmü hədisü ayəti-fürqan sorar zi mən, Ağ üzün üstə görmüşəm ol xəttü xalını.

Cəhd et macalın əldə ikən yara yara kim, Bir gəz əcəl irər dəxi verməz macalını.

Ey dünya, mən yenə səni bildim, yalançısan, Aldanmazam sənə dəxi çün bildim halını.

Vəhdət dəmində dərvişü sultan çü bir imiş, Gəl, xəstədil Nəsimi, qəbul eylə şalını.

Lüğət: Gəz – Uzunluq ölçüsü; Dəfə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.