Əsas məzmuna keç

Qəzəl

Canda ki, eşq olmadı, dildə xəbər nə faidə?

İmadəddin Nəsimi

1

Canda ki, eşq olmadı, dildə xəbər nə faidə? Gözdə ki, görmək olmadı, nuri-bəsər, nə faidə?

Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən, Ayətü təfsirü kəlam, ana xəbər nə faidə?

Gövhərin üştə qiymətin sərraf olan arif bilir, Ol ki, mübəssir olmadı görə göhər nə faidə?

Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən, Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə?

Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl, Aşiq olan kişilərə eşqə süpər nə faidə?

Lüğət: Qiyməti – ərzan – Baha qiymət; Mübəssir – Uzaqgörən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.