Əsas məzmuna keç

Qəzəl

Cananı dünən bağçada gördüm, dəli oldum

Məhəmmədəli Şəfai

2

Cananı dünən bağçada gördüm, dəli oldum Yar olmuş idi bir yada, gördüm, dəli oldum.

Gördü məni, xiclətdən o gül rəngi qızardı, Mən başa bunu bir qada, gördüm, dəli oldum.

Eşq atəşi bir şölə çəkib suzi-cigərdən, Getdi o dəm əqlim bada, gördüm, dəli oldum.

Sinəmdə ikən dağı o şirinləbin əfsus, Bu ad verilib Fərhada, gördüm, dəli oldum.

Firqət dənizində vətən eşqiylə üzərkən, Hər yanda ki, yarım ada, gördüm, dəli oldum.

Dəryayi-məhəbbət ki, onun sahili yoxdur, Qərq olmuşam ol dəryada, gördüm, dəli oldum.

Bu eşq edib çoxları divanə Şəfai, Amma səni yaxmış oda, gördüm dəli oldum.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.