Əsas məzmuna keç

Qəzəl

Canana əgər canım ilə can deməsəydim

Məhəmmədəli Şəfai

2

Canana əgər canım ilə can deməsəydim, Can verməz idim canına canan deməsəydim.

Bir busəyə can istədi, can ilə verərdim, Canı o qılınc qaşlara qurban deməsəydim.

Düşməzdi pərişanlığa məcmuəyi-könlüm. Ol türreyi-tərrarə pərişan deməsəydim.

Axmazdı gözümdən üzə sellər kimi qan yaş, Tər qönçə dodaqlarına xəndan deməsəydim.

Pərvanə kimi yanmaz idim atəşi-eşqə, Şəmsi-rüxinə şəmi-şəbistan deməsəydim.

Qaçmazdı o ahu yeriş ahu kimi məndən, Ah... o can alan gözlərə ceyran deməsəydim.

Olmazdı yerim guşeyi-qəmxanə Şəfai, Eyvani-münəqqəşlərə viran deməsəydim.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.