Əsas məzmuna keç

Qəzəl

Canan yolunda başını eylər nisar şəm

Məhəmməd Füzuli

1

Canan yolunda başını eylər nisar şəm, Olmuş bu yolda ömr uzunu payidar şəm.

Yoxsa başında bir sənəmin şövqi-kakili, Olmuş mənim kimi nə üçün əşkbar şəm?

Gər yox başında atəşi eşqin, səbəb nədir, Qəlbi qaraldı, görmədi xoş ruzigar şəm?

Şəmi-rüxündən od tutaraq yandı sinəsi, Çox da əbəs deyil ki, olub biqərar şəm.

Dərdinlə yatmayır gecələr, ta ki, sübhədək Hicrindən ağlayır belə biixtiyar şəm.

Xurşidi-ruyi olmasa gər, xoş deyil günüm, Yaxsam fələk misalı əgər mən həzar şəm.

Çıxmaz, Füzuli, zahirə qəm, bərqi-ahsız, Bəsdir sənə qarə gecələr bu yanar şəm.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.