Əsas məzmuna keç

Qəzəl

Cana, sənin cəmalını çün afitab oxur

Şah İsmayıl Xətai

1

Cana, sənin cəmalını çün afitab oxur, Hüsnin kitabi-şərhini ümmül-kitab oxur. ____________ 1 Etməkolur – etməkmi olur.

Xublar yüzinə baxmağı zahid aydır günah, Aşiqlər ol günahı həmişə səvab oxur.

Bülbül oxudi gülşəni-hüsnün sifatını, Dil gördü gül yüzini, sözinə cəvab oxur.

Hər xəstə dil ki, badeyi-eşqin ilə oldu məst, Çeşmini saqi, lə’lini cami-şərab oxur.

Miskin Xətayi yetmək içün xaki-payinə Hər dəm dilində ayəti-“künti-türab” oxur.

Lüğət: Hüsn – gözəllik; Ümmül – kitab – kitab anası; Xublar – gözəllər; Dil – ürək; Badeyi – həmra – qırmızı şərab; Çeşm – göz; Türab – torpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.