Əsas məzmuna keç

Qəzəl

Cana sən candan nə kim, gəlsə, cigərlər ağrımaz

İmadəddin Nəsimi

1

Cana sən candan nə kim, gəlsə, cigərlər ağrımaz Həq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.

Şaha, mehrindənmidir, ya aşinalıqdanmıdır, Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.

Fitvasından zahidin nahəq məni gər soyalar, Qəm degil səndən şəha görcək damarlar ağrımaz.

Zahidin əfsanəsindən soydular nahaq məni, Həq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.

Şişəmi çün daşa çaldım, həqqi izhar eylədim, Çeşmi-əhvəl ağrıdan arif bəsərlər ağrımaz.

Zahidin bir barmağın kəssən dönər həqdən qaçar, Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.

Cəhli-namərdin qaçan meydan günündə yeri var, Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz.

Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, Bunca namərdi görün bir ər qıyarlar, ağrımaz.

______________________Milli Kitabxana_______________________

Lüğət: Sər – Baş; Gəz – Uzunluq ölçüsü; Dəfə ______________________Milli Kitabxana_______________________; Çeşm – Göz; Əhvəl – Çəpgöz, əyrigöz; Cəhl – Cahillik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.