Cana, qəmində gözlərimə su gəlir-gedir
Cana, qəmində gözlərimə su gəlir-gedir, Seyl oldu, daşdı, şimdi behər su gəlir-gedir.
Vəsl olmaz isə yüzünü görmək mana müdam, Kuyindən, ey sənəm, mana bir bu gəlir-gedir.
Bixab qaldı kövkəbə nisbət bu gözlərim, Hər gecə özgə gözlərə uyxu gəlir-gedir.
Ta görmədi gözüm səni, ey sərv boylu yar, Sənsiz həmişə gözlərimə cu gəlir-gedir.
Miskin Xətayi görmədi çeşmin kimi sənin, Səhra içində munca ki, ahu gəlir-gedir.
Lüğət: Vəsl – qovuşmaq; Müdam – davamlı, həmişə; Uyxu – yuxu; Çeşmi – giryan – ağlar göz